Afrikada 2025-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə rəsmi açıqlama Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən verilib.
Bu il ən yaxşı futbolçu adına PSJ-də çıxış edən Əşrəf Hakimi layiq görülüb.
Mərakeşli yarımmüdafiəçi ötən mövsüm Paris təmsilçisi ilə Çempionlar Liqasının, Fransa Liqa 1-inin, Fransa Kubokunun və Superkubokunun qalibi olub.
O, bütün turnirlərdə ümumilikdə 55 matçda meydana çıxaraq 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.