
Sənəd Ukraynanın təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişən bəndlərdən ibarətdir.Media ilə paylaşılan layihə Tramp administrasiyasının Ukraynanı NATO-dan imtina etməyə, ordusunu azaltmağa və rus qoşunları ilə tampon zona yaratmağa məcbur edəcək şərtlərdən ibarətdir. Ulusum.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.Planda NATO-nun Ukrayna ərazisində qüvvə yerləşdirməməsi, Ukraynanın Konstitusiyasında “Alyansa üzvlük olmayacaq” maddəsinin təsbit edilməsi və Polşada qırıcıların saxlanması kimi məqamlar yer alır. Təhlükəsizlik zəmanətləri şərtlidir: Ukrayna Rusiyaya hücum etsə bu təminatlar ləğv ediləcək. Plan həmçinin 100 gün ərzində Ukraynada seçkilərin keçirilməsini nəzərdə tutur.R.İkramlı
Diqqət Çəkənlər
Algoritm nədir?
İtburnunun ziyanları
Poliklinikada çürümüş meyit TAPILDI