RU

Şahdağ Milli Parkında ağac kəsilməsi faktı - 2 nəfər müəyyən olundu

Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində ağac kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır.

Bu barədə "Cebheinfo.az"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunub.

Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.

"Cebheinfo.az"

Избранный
13
4
cebheinfo.az

5Источники