RU

Nura Suri açıqlama yaydı: “Mənim və övladlarımın başına gələcək istənilən neqativ halın...”

Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra mənim və övladlarımın başına gələcək istənilən neqativ halın kimlərin tərəfindən törədilə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

 

“Bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazıram. Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və sair cəhdi olacağı halda, bunun kimlər tərəfindən edilə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam”, - o qeyd edib.

Tarix: 21 Noyabr 2025, 00:12   
Избранный
25
2
pravda.az

3Источники