RU

Ağ Evdən sülh planı ilə bağlı ilk açıqlama

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planı üzərində ABŞ Dövlət katibi Marko Rubio və Donald Trampın xüsusi elçisi Stiven Uitkoff həm Ukrayna, həm də Rusiya ilə bərabər şəkildə məşğul olublar.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karolina Levitt deyib.

Onun sözlərinə görə, Rubio və Uittkoff son bir ay ərzində gizli şəkildə bu plan üzərində işləyiblər:

"Onlar bu ölkələrin güclü və davamlı sülhə nail olmaq üçün nəyə razılaşacağını anlamaq üçün hər iki tərəflə bərabər şəkildə məşğul oldular. Danışıqlar davam edir və prezident Tramp bu planı dəstəkləyir".

O, bunun həm Rusiya, həm də Ukrayna üçün yaxşı plan olduğunu vurğulayıb.

Bundan başqa, Ağ Evin mətbuat katibi Ukraynada sülh nizamlanması sazişlərinin birtərəfli ərazi güzəştləri kimi başa düşülməsini yanlış adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
axar.az

1Источники