RU

Almaniyadan açıq mesaj: “Korrupsiya iddiaları Ukraynaya dəstəyi azaltmayacaq”

Almaniya Ukraynaya yardımı davam etdirməkdə qətiyyətlidir.

Musavat.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bu mövqeni rəsmi şəkildə bəyan edib. O, Kiyevdə baş verən korrupsiya qalmaqalına baxmayaraq, Berlinin siyasətində heç bir dəyişiklik olmayacağını vurğulayıb.

Nazirin sözlərinə görə, korrupsiya ittihamlarının mövcudluğu yardımın azaldılması üçün səbəb sayıla bilməz.

“Orada korrupsiya iddialarının olması səbəbindən biz dəstəyimizi azalda bilmərik və azaltmayacağıq”.

Vadeful qeyd edib ki, Ukraynaya daha çox maliyyə vəsaiti ayırmaq barədə “siyasi qərar” artıq qəbul olunub. Onun sözlərinə görə, bu addım Avropanın təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

 

Musavat.com

Избранный
56
musavat.com

1Источники