RU

Barat Yusubov onlayn növbə sistemindən danışdı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Yeni Klinika”nın rəhbəri Barat Yusubov, Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin yaradılması ilə bağlı təşkil olunan mediatur zamanı klinikadakı onlayn növbə problemi barədə diqqətçəkən açıqlama verib.

"Cehheinfo.az" xəbər verir ki, Barat Yusubov açıqlamasında bildirib ki, hazırda tətbiq edilən onlayn növbə sistemi pilot mərhələsindədir:

“Bugünkü onlayn növbə sistemi hələ tam formalaşmayıb və pilot səviyyədədir. Artıq onlayn növbə sistemi ilə bağı mövcud texniki çatışmazlıqlar barəsində Rəqəmsal Həllər Mərkəzinə rəsmi qaydada müraciət olunub.

Hazırda mövcud olan onlayn növbə yalnız xəstənin qeydiyyata yaxınlaşması üçündür. Yəni siz onlayn növbə alsanız belə, həmin növbəni xəstəxananın mülki sistemi üzərindən aktivləşdirmək üçün “resepsiyon”a yaxınlaşmalısınız. Bundan sonra həkimin qəbuluna keçə bilərsiniz".

Yeni Klinikanın rəhbəri vurğulayıb ki, yeni modeldə isə artıq “resepsiyon”a yaxınlaşmadan birbaşa onlayn növbə almaq mümkün olacaq:

"Sistemi ilkin mərhələdə qurarkən bu cür problemlərin yaranacağını düşünməmişdik. Buna görə də hələ bütün ölkədə onlayn növbə sistemi tətbiq olunmayıb.

Siz əmin ola bilərsiniz ki, yanvar və ya ən gec fevral ayından etibarən qüsursuz və bütün xəstəxanalarda tətbiq ediləcək yeni onlayn növbə sistemini görəcəksiniz. Ola bilər ki, “Yeni Klinika” heyəti yanvar ayından etibarən bunun öhdəsindən gələ bildi, bunu zaman göstərəcək.

Ümumiyyətlə, yeni sistemdə artıq həkim qeydiyyatı olmayacaq. Hər bir şəxs qeydiyyat prosesini onlayn tətbiq üzərindən özü idarə edəcək. Xəstə klinikaya gəlməzdən əvvəl həkimin qəbulunda neçənci olduğunu biləcək. Yəni bu gün mövcud olan növbə sıxlıqlarını isə artıq müşahidə etməyəcəksiniz”.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
cebheinfo.az

2Источники