RU

Umerov korrupsiya qalmaqalı fonunda Ukraynaya QAYITDI

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri və keçmiş müdafiə naziri Rustem Umerov “Enerqoatom” şirkəti ilə bağlı korrupsiya qalmaqalı fonunda Ukraynaya qayıdıb.

Musavat.com xəbər verir ki, onun mətbuat katibi Diana Davityan "Suspilne"ə məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Umerovun adının hallandığı səs-küylü qalmaqala görə Ukraynaya qayıtmaqdan imtina etdiyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Umerov NABU-nun Timur Mindiçin evində axtarış aparandan dərhal sonra Türkiyəyə uçub. İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu daha sonra Umerovun iş üzrə təqsirləndirilən şəxslərdən biri olduğunu təsdiqləyib. Eyni zamanda, ukraynalı deputatı Aleksey Qonçarenko Umerovun Amerika vətəndaşı olduğunu, ABŞ-da mülk sahibi olduğunu, ailəsinin də orada yaşadığını iddia edir.

Musavat.com

Избранный
61
musavat.com

1Источники