RU

Erməni ekspertlərin Bakıya səfər edəcəyi tarix məlum oldu

Erməni ekspertlər sabah, noyabrın 21-də Bakıya yola düşəcəklər.

"Yeni Sabah" xəbər verir ki, Ermənistan hökuməti bu gün, noyabrın 20-də keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada beş erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkənin cəmiyyətləri arasında etimadın yaradılması mexanizmləri yaradacaq.


Telegram kanalımız
Избранный
88
6
yenisabah.az

8Источники