RU

Rusiya Ordusu Veseloye yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Zaporijya bölgəsində yerləşən Veseloye yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirliyin bəyanatında Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətləri barədə məlumat verilib.

Məlumatda Rusiya qüvvələrinin Ukraynadakı cəbhə xəttinin bütün istiqamətlərində irəliləyiş əldə etdiyi qeyd olunub.

“Şərq hərbi qrupunun bölmələri fəal əməliyyatları nəticəsində Zaporijya bölgəsindəki Veseloye yaşayış məntəqəsini azad etdi. Son 24 saat ərzində İngiltərə istehsalı olan 4 ədəd “Storm Shadow” qanadlı raketi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - məlumatda deyilir.

Избранный
36
1
operativmm.az

2Источники