RU

Sərnişin təyyarəsindən RAKET BURAXILIŞI - tarixdə nadir görünən MÖHTƏŞƏM KADR

"Rocket Lab" şirkətinin raket daşıyıcısının buraxılışı bu dəfə tamamilə fərqli perspektivdən lentə alınıb.

Musavat.com
xəbər verir ki, raketin havaya qalxması sərnişin təyyarəsinin göyərtəsindən təsadüfən müşahidə olunub və qeydə alınan unikal görüntülər sosial şəbəkələrdə sürətlə viral olub.

Şahidlərin sözlərinə görə, təyyarə ekipajı və sərnişinlər göydə parlaq iz buraxaraq atmosferi yarıb keçən raketi təsadüfən görüblər. Mobil telefonlarla çəkilən görüntülər raketin səmanı yara-yara inanılmaz sürətlə yüksəlməsini aydın şəkildə göstərir.

Kabinədən görünən geniş panorama ilə raketin parlaq uçuş trayektoriyasının üst-üstə düşməsi nadir rast gəlinən vizual mənzərə yaradıb. Aviasiya həvəskarları və kosmos meraklıları həmin kadrları “tarixi görüntü” kimi qiymətləndirirlər.

"Rocket Lab" buraxılışla bağlı rəsmi açıqlama versə də, sərnişin təyyarəsindən çəkilən bu görüntülər şirkətin buraxılışları arasında ən yayılan vizual materiallardan birinə çevrilib.



Musavat.com

Избранный
20
musavat.com

1Источники