RU

Monqolustan Rusiya ilə sərhədini bağlayır: İki səbəbdən

Monqolustan noyabrın 21 və 26-da qeyd olunan milli bayramlar zamanı Rusiya ilə sərhədini qismən bağlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Sözügedən keçid məntəqələri Transbaykal, Altay Respublikası, Tuva və Buryatiyanın bir hissəsindən Rusiya ilə sərhəddədir. Bundan əlavə, bu günlərdə Çinə gedən əksər keçidlər bağlanacaq.

Həmçinin bildirilir ki, bayram günlərində Kyaxta avtomobil keçid məntəqəsi və Buryatiya tərəfindəki Nauşki dəmir yolu keçid məntəqəsi, Çin sərhədindəki iki keçid məntəqəsi, eləcə də Ulan-Batordakı Çingiz Xan Beynəlxalq Hava Limanı qrafikə uyğun işləyəcək.

Qeyd edək ki, noyabrın 21-də Çingiz xanın anadan olmasının 860 illiyi, noyabrın 26-da isə Monqolustan Respublikasının elan edilməsi günüdür.

Избранный
9
publika.az

1Источники