RU

İran BMT- nin qətnaməsinə etiraz etdi: “Rədd edirik”

Xəbər verdiyimiz kimi, BMT İrana qarşı irəli sürülmüş qətnaməni təsdiq edib.

Kanadanın İranda insan haqlarının vəziyyəti ilə bağlı təklif etdiyi qətnamə BMT-də lehinə 77, əleyhinə 66 səslə təsdiqlənib.

İran qarşı bu qətnamənin əleyhinə səs verən ölkələr arasında Rusiya, Çin, Belarus, Ermənistan, Kuba, İraq, İndoneziya, Oman, Pakistan və Suriya da olub.

Amerika, Avropa ölkələri, Yaponiya, Cənubi Koreya və İsrail bu qətnamənin lehinə səs verib.

NOCOMMET.az xəbər verir ki, İran İslam Respublikası əleyhinə hazırlanmış bu qətnamə layihəsini qəti şəkildə rədd edib. Məlumatı mehrnevs.com paylaşıb.

Xatırladaq ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının edam sayı ilə bağlı hazırladığı hesabatda yazılıb ki, iyul ayında İran zindanlarında 45 nəfər, avqustda isə ən azı 93 nəfər dar ağacından asılıb.

Eyni zamanda bildirilib ki, bu ilin əvvəlindən asılan məhbusların sayı 400-ü keçib və onlardan 15-i qadındır. Əntiqə Rəşid

Избранный
19
nocomment.az

1Источники