ain.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa İttifaqının Rusiyadan idxalı Ukraynaya yardımından artıqdır.
APA xəbər verir ki, bu bəyanatı İsveçin Xarici İşlər naziri Maria Malmer Stenerqard verib.
Nazir Avropa İttifaqı Şurasının iclasından əvvəl mətbuat qarşısına çıxaraq Ukraynaya ayrılan yardım və Rusiyadan idxal olunan məhsulların həcmini əks etdirən cədvəli təqdim edib.
Nazirin açıqlamasına görə, Rusiyanın tammiqyaslı təcavüzündən bəri Avropa İttifaqı Ukraynaya 187 milyard avro yardım ayırıb. Lakin, eyni müddət ərzində Rusiya neft və qazının Aİ-yə idxalı 201 milyard avro, digər idxal məhsullarla birgə isə 311 milyard avro təşkil edib.
“Bu, sadəcə utancvericidir. İndi hamı sülh danışıqlarından danışır, lakin Ukraynaya dəstəyimizi artırmadan və Rusiyaya təzyiq göstərmədən ağlabatan sülh danışıqları mümkün olmayacaq. Çox yaxşı bir təşəbbüs də dondurulmuş aktivlərin Ukraynanın xeyrinə istifadə olunmasıdır”, Stenerqard bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.