RU

"Real"ın yarımmüdafiəçisi: Messi dünyanın ən yaxşı futbolçusudur

“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono “Barselona”nın keçmiş hücumçusu Lionel Messi haqda danışıb.

Publika.az xəbər verir ki, 18 yaşlı argentinalı həmyerlisini dünyanın ən yaxşı futbolçusu adlandırıb.

“Messi dünyanın ən yaxşı və ən böyük futbolçusudur. Karyerasını bitirənə qədər belə qalacaq. Ona mehribanlığı və hər zaman mənə xoş münasibət göstərdiyi üçün minnətdaram. O, mənə çox kömək edib”.

Qeyd edək ki, Mastantuono ötən yay "River Pleyt"dən “Real”a transfer edilib.

Избранный
22
publika.az

1Источники