RU

Komitə sədri: Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını alqışlayır

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını yalnız alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze “İmedi” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsinin vahid mövqedən çıxış etməsi hər bir ölkənin maraqlarına xidmət edə bilər.

Samxaradze Cənubi Qafqazın potensial investorlar üçün vahid region kimi daha cəlbedici və maraqlı ola biləcəyini vurğulayıb.

Избранный
32
1
apa.az

2Источники