RU

Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə işgüzar səəfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazir “X” sosial səbəkəsində paylaşım edib.

“İsrail dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.

Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunur.

Избранный
6
10
operativmm.az

10Источники