ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) birgə təşkilatçılığı ilə dekabrın 10-da Bakıda “Dönüş nöqtəsi” şüarı altında III “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Tədbirin keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi sahəsində süni intellektin, texnoloji yeniliklərin tətbiqi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır.
Zirvədə 10 spiker və 2 moderatorun iştirakı ilə panel müzakirələrin keçirilməsi, eyni zamanda texnologiya və süni intellektin sənaye təhlükəsizliyinə təsiri, risk zonaları və bu istiqamətdə insan faktorunun rolu barədə müzakirələrin aparılması nəzərdə tutulub.
Bundan başqa, AISA-nın sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndirici podkast seriyasının davamı olaraq ilk dəfə “Safe Talks” sessiyası canlı formatda təqdim ediləcək.
Zirvə çərçivəsində keçiriləcək “HSE Awards” mərasimində sağlamlıq, təhlükəsizlik və ətraf mühit sahəsində fərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq.
Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsinə keçid etməklə tanış olmaq mümkündür: stz.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.