RU

Təqaüd bərpasına kömək vədi dələduzluğa çevrildi Məhkəmə qərarı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda əlillik dərəcəsi ilə bağlı təqaüdün bərpa edilməsi ilə bağlı vətəndaşa qarşı dələduzluq edilib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Şuşa rayon sakini, 1982-ci il təvəllüdlü Emin tanışı Rəhimin etibarından sui-istifadə edərək onun həyat yoldaşının dayandırılmış təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib. O, 12 noyabr 2022-ci ildə Mehdiabad qəsəbəsi Qarant şəhərciyi, 2 saylı binanın qarşısında Rəhimdən 1500  manat alıb. Eminin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Rəhimi təxminən 2 il müddətdir tanıyır: “Rəhimi mənimlə Namiq adlı şəxs tanış etmişdi. 2022-ci ilin noyabr ayında Rəhim mənə müraciət edərək həyat yoldaşının pensiyasının kəsilməsini, bununla əlaqədar onun pensiyasının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etdi. Mən də ona köməklik edə biləcəyimi bildirdim. Bununla əlaqədar tanışlarım ilə əlaqə saxladım, bu məsələni soruşdum. Mənə bildirdilər ki, təqaüdün alınması üçün lazım sənədləri düzgün toplayaraq təqdim etsəm, təqaüdü bərpa edə bilərlər. Buna görə də Rəhimlə əlaqə saxladım və ona işi həll edə biləcəyimi bildirdim. İşin həll edilməsinin qarşılığında ondan 1500 manat istədim. Rəhim razı olaraq bir neçə günə mənimlə görüşəcəyini və pulu mənə verəcəyini bildirdi”. Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabr ayında dəqiq bilmədiyi tarixdə Rəhim onunla zəngləşib və  pulu hazırladığını bildirərək görüşməyi deyib: “Həmin günü Mehdiabad qəsəbəsində Qarant şəhərciyində görüşdük. Rəhimdən əlbəəl nağd formada 1500 manat aldım. Rəhimə işin həllini söz versəm də, lazım olan sənədləri toplaya bilmədim. Onun verdiyi pulu da öz şəxsi problemlərimə xərclədim, ona qaytarmadım. Rəhimin həyat yoldaşının işi alınmadığı üçün pulunu geri tələb etməyə başladı. Rəhimə pulunu qaytaracağımı desəm də, pulu qaytara bilmədiyimdən barəmdə şikayət etdi”. Eminin ifadəsinə görə, 2024-cü ilin avqust ayında Rəhimə 180 manat, həmin ilin sentyabr ayının 8-də isə 220 manat verib: “Rəhimdən 1500 manat almışam. Törətdiyim əməldən peşmanam. Ona vurduğum ziyanın 1100 manat hissəsində sonradan ödəmişəm”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Eminin barəsində təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə zalında həbsdən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники