RU

Rusiya Ukraynanın Zaporojye vilayətində yeni yaşayış məntəqəsi ələ keçirib

Rusiya Ukraynanın Zaporojye vilayətində yeni yaşayış məntəqəsi ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya qoşunları Zaporojye vilayətinin Veseloye yaşayış məntəqəsini nəzarətə götürüb.

Bundan başqa, Rusiya MN Ukraynanın iki HIMARS reaktiv yaylım atəşi buraxılış qurğusunu məhv etdiyini, Ukraynanın enerji obyektlərinə, hərbi anbarlarına, dron heyətinin yerləşdiyi ərazilərə və Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb.

Eyni zamanda ötən gecə Rusiya Hava hücumundan müdafiə qüvvələrini dörd Storm Shadow raketini və 119 PUA-sınl vurduğu bildirilib.

Избранный
65
1
apa.az

2Источники