RU

"Kəpəz"in yeni futbolçusu bu oyunda debüt edəcək

"Kəpəz"in yeni transferinin hansı matçda debüt edəcəyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Azər Bağırov komandaya yeni qoşulan qapıçı Yusif İmanovla bağlı qərarını qətiləşdirib.

Belə ki, əvvəlki oyunlarda bərbad performansla yadda qalan polşalı qolkiper Kaçper Rosanı alınan məğlubiyyətlərin əsas səbəbkarlarından biri olduğunu anlayan Bağırov öncə bu problemi aradan qaldırmaq üçün heyətə yeni "çərçivə" qoruyucusunun qatılmasına nail olub. Sözügedən mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Karvan-Yevlax"a qarşı keçirəcəkləri matçda İmanova "start 11-lik"də şans vermək niyyətindədir. Rosanın isə uzağı qış fasiləsində komandadan göndərilməsi gündəmdədir. Bağırov ümidləri doğrultmayan legioneri nəinki 2-ci, heç 3-cü qapıçı qismində də sərəncamında görmək istəmir.

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" qarşılaşması noyabrın 21-də keçiriləcək. Yevlax şəhər stadionunda reallaşacaq görüşün start fiti 14:00-da səsləndiriləcək.

Nihat

Избранный
7
2
fanat.az

3Источники