RU

Gözlənilməz qərar: Trampı dəfn mərasiminə çağırmadılar

ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Dik Çeyninin dəfn mərasiminə dəvət edilməyib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın hazırkı prezidentləri adətən keçmiş prezidentlərin və vitse-prezidentlərin vida mərasimlərində iştirak edirlər. Lakin Çeyni ailəsinin Trampla münasibətləri 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum hadisəsindən sonra kəskin şəkildə pisləşib.

Gərginliyin, həmçinin, Tramp ilə keçmiş vitse-prezident və sabiq konqresmen Liz Çeyninin qızı arasında uzun müddət davam edən siyasi qarşıdurma fonunda daha da dərinləşdiyi bildirilir.

Qeyd edək ki, Dik Çeyni noyabrın 4-də, 84 yaşında vəfat edib. O, Corc Buş administrasiyası dövründə ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb.

Избранный
30
publika.az

1Источники