RU

Xocalının Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd kəndinə yola salınıb. SİA xəbər verir ki, Şuşakənd kəndinə bu mərhələdə 15 ailə köçürülür, 54 nəfər keçmiş məcburi köçkünün yurd həsrəti sona çatır. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

Избранный
12
9
sia.az

10Источники