RU

2026-da Qəzzaya BEYNƏLXALQ ORDU GİRƏCƏK-ABŞ prosesi sürətləndirdi

BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul edildikdən sonra ABŞ Qəzza zolağında yerləşdiriləcək beynəlxalq sabitlik qüvvələrinin yaradılması prosesini sürətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ilk beynəlxalq hərbi kontingent 2026-cı ilin əvvəlində Qəzzaya göndəriləcək. O, bir neçə ölkənin artıq öz hərbçilərini göndərməyə hazır olduğunu bildirib, lakin həmin dövlətlərin adlarını açıqlamayıb.

ABŞ rəsmisi qeyd edib ki, məqsəd bölgədə humanitar vəziyyətin sabitləşdirilməsi və təhlükəsizliyin təmin edilməsidir. Bu, Qəzzaya ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq qüvvələrin göndərilməsi kimi qiymətləndirilir.

Musavat.com

Избранный
13
musavat.com

1Источники