RU

Xatəmi: İran qəfil aşa bilər

ain.az, Sherg.az saytına istinadən bildirir.

“İran əhalisinin 80 faizi üçün liderin kim və necə olması o qədər də önəmli deyil”.

Teleqraf xəbər verir ki, bunu İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkədə iqtisadi böhranı şərh edərkən deyib.

Sabiq prezident bildirib ki, 1979-cu ildə baş verən hakimiyyət dəyişikliyindən sonrakı illərdə ölkənin bu gün üzləşdiyi böhran və mövcud təhdidlər keçmişdə görünməyib.

Xatəmi idarəetmə sisteminin dağılması təhlükəsi barədə xəbərdarlıq edərək, İranı uca bir ağaca bənzədib:

“Bu uca ağac illər boyu quraqlıq və tufanlara davam gətirə bilər, amma bu gün daxili və xarici təhdidlər və problemlərin o qədər böyük və üst-üstə yığılmış vəziyyətdə olması narahatlıq yaradır ki, birdən-birə solub aşa bilər, Allah eləməsin belə bir gün gəlsin”.

Xatəmi hazırkı şəraitdə yeganə və ən az xərcli yolun hakimiyyətin yanaşmasını dəyişməsi və qırmızı xətlərin yenidən nəzərdən keçirilməsi, amma xarici təzyiqlər qarşısında təslim olmadan mümkün olduğunu qeyd edib.

Sabiq prezident əhalinin 80 faizinin siyasi baxımdan aktiv olmadığını və onlar üçün liderin kim və ölkəni necə olmasının elə də önəm daşımadığını söyləyib. Həmçinin, o, vətəndaşların İranda demokratiyaya çatmaq yönündə gözləntilərini “xəyalpərəstlik” adlandırıb və bu mövzuda Çin kimi ölkələrin təcrübəsindən dərs almağın vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
sherg.az

2Источники