RU

İraq Kürdüstanı liderləri Suriya üzrə kurd məsələsini müzakirə edib

Barzanilərin SDF komandanı ilə görüşündə təhlükəsizlik və diplomatik həll ön plana çıxıb…

Poliqon xəbər verir ki, İraq Kürdüstanının hazırkı və keçmiş prezidentləri Neçirvan Barzani və Məsud Barzani “Suriya Demokratik Qüvvələri”nin (SDF) baş komandanı Məzlum Abdini ayrı-ayrılıqda qəbul ediblər. Görüşlərdə Suriyadakı ümumi vəziyyət, xüsusilə terror təhdidləri, İŞİD-in qalıqlarına qarşı mübarizə və regionun gələcək siyasi quruluşu müzakirə olunub.

Məlumata görə, Barzani rəhbərliyi Suriya kurd toplumlarının təhlükəsizliyini və siyasi hüquqlarını qorumaq üçün diplomatik yolların gücləndirilməsinin vacibliyini vurğulayıb. Neçirvan Barzani danışıqlarda bölgədə sabitliyin yalnız dialoq və siyasi anlaşmalarla mümkün ola biləcəyini qeyd edib. Məsud Barzani isə SDF-in terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirərək, beynəlxalq tərəfdaşlarla koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini bildirib.

Məzlum Abdi öz növbəsində Suriya şimal-şərqindəki təhlükəsizlik çağırışları barədə geniş məlumat verib, habelə İŞİD hüceyrələrinin aktivləşməsinin qarşısının alınması üçün regional əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu xüsusi vurğulayıb.

Görüşlər həmçinin Suriya üzrə geniş miqyaslı siyasi həll prosesinin gələcəyi, kürd siyasi təşkilatları arasında birliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində mümkün addımların müzakirəsi ilə müşayiət olunub.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники