RU

Tbilisidə keçirilən aksiyada 13 nəfər saxlanılıb

Noyabrın 19-da Tbilisidə 2024-cü ildə polosə hücum etdiyi üçün həbs olunan və məhkəmənin qərarı ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilən 21 yaşlı Mate Devidzeyə dəstək aksiyası keçirilib.

Polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polisin qanuni tələbinə tabe olmayan 13 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi(DİN) məlumat yayıb.

Qeyd edilib ki, saxlanılan şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar və hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.

DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks halda qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Избранный
8
3
xezerxeber.az

5Источники