RU

Elektron qolbağı yararsız hala salan məhkum nə qədər cərimə edilir?

BAKI, 20 noyabr. TELEQRAF

Məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən şəxslərə elektron nəzarət qolbağı taxılır. Bəs məhkum elektron qolbağı qəsdən yararsız hala saldıqda hansı məbləğdə zərəri ödəməlidir?

Teleqraf xəbər verir ki, belə halda məhkum 2 min manatdan çox cərimə olunur.

Elektron qolbaqlara nəzarət və tətbiq Ədliyyə Nazirliyinin icra şöbəsinə həvalə edilib. Narkotik vasitə istifadəsinə görə məhkum olunmuş bir şəxsin elektron qolbağı qəsdən zədələməsi ilə bağlı icra məmuru məhkəməyə müraciət edib və vurulmuş maddi zərərin ödənilməsini tələb edib.

Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2 277,40 manat təşkil edir.

Məhkəmə qərarı ilə 2277,40 manat məbləğində zərərin məhkumsan tutulması təmin edilib.

Избранный
26
teleqraf.com

1Источники