RU

Kelloq vəzifəsini tərk edir - SƏBƏB

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq gələn ilin yanvarında vəzifəsini tərk edəcək. Məlumatı Reuters agentliyi yayıb.

Agentliyin yazdığına görə, Kelloq qərarını Vaşinqton administrasiyasının Rusiyaya təzyiq məsələsində “kifayət qədər qətiyyətli davranmaması” ilə izah edib. Xüsusi elçinin yaxın çevrəsinə 2026-cı ilin əvvəlinin — təyinatının birinci ildönümünün — postdan ayrılmaq üçün “ən uyğun vaxt” olduğunu dediyi bildirilir.

Xatırladaq ki, bu vəzifə müvəqqəti sayılır və müddətin uzadılması üçün Senatın təsdiqi tələb olunur.

Reuters qeyd edir ki, Kelloqun gedişi Kiyevi Tramp administrasiyasında ona ən çox dəstək verən fiqurlardan birindən məhrum edəcək. Çünki o, Ukrayna məsələsində ABŞ rəsmiləri arasında Rusiyanın addımlarına qarşı ən sərt mövqe nümayiş etdirən siyasətçilərdən biri kimi tanınırdı.

Mənbələr bildirirlər ki, Kelloq zaman-zaman Trampın digər xüsusi nümayəndəsi — Rusiyaya daha yaxın təklifləri müdafiə edən Stiv Uitkoffla ciddi fikir ayrılıqları yaşayırdı. Uitkoffun irəli sürdüyü variantlar arasında bölgələrin dəyişdirilməsi əsasında münaqişənin həlli planı da var idi. 

 

Musavat.com

Избранный
38
2
musavat.com

8Источники