RU

Almaniya ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib

Bakı. Trend:

Almaniya hökuməti ölkənin ilk Milli Kosmik TəhlükəsizlikStrategiyasını təsdiqləyib.

Trend xəbər verirki, strategiya beynəlxalq tərəfdaşlarla kosmik layihələrdən tutmuşpeyk şəbəkələrinin genişləndirilməsinə və kosmosda dövlətlərinməsuliyyətli davranışının təşviqinə qədər təhlükəsizlik üçün vacibbütün istiqamətləri əhatə edir.

Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təqdimolunan strategiyanın məqsədi Avropa İttifaqı, NATO və digər qlobaltərəfdaşlarla birlikdə kosmosda çevik və müdafiə qabiliyyətlifəaliyyətin təmin edilməsidir.

Strategiyanın əsas hissəsi Almaniyanın kosmik sistemlərinin, ocümlədən peyklərin və müvafiq infrastrukturun qorunmasını, eləcə dəmüdafiə öhdəlikləri çərçivəsində hərbi kosmik əməliyyatlar aparmaqimkanlarının gücləndirilməsini nəzərdə tutur.

Müdafiə naziri Boris Pistorius bildirib ki, qurum yaxın illərdəkosmos sahəsinə təxminən 35 milyard avro həcmində investisiyaqoyacaq. Xarici işlər naziri Yohann Vadeful isə kosmosun artıq həmhərbi qarşıdurmalar, həm də iqtisadi rəqabət məkanı olduğunu qeydedərək, Almaniyanın bu sahədə maraqlarını qorumasının həyatiəhəmiyyət kəsb etdiyini vurğulayıb.

Strategiyanın əsas istiqamətləri arasında təhlükə və risklərinmüəyyən edilməsi, fəaliyyət variantlarının hazırlanması, beynəlxalqəməkdaşlıq və kosmosda davamlı qayda-qanunun təşviqi, eləcə dəçəkindirmə imkanlarının gücləndirilməsi və müdafiə qabiliyyətininartırılması yer alır.

Избранный
30
az.trend.az

1Источники