RU

Tramp: “Putin Azərbaycan-Ermənistan sülhünə nail olmağımıza təəccüblənib”

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına onun vasitəçiliyi ilə nail olunmasına təəccüblənib.

Teleqraf xəbər verir ki, Tramp bunu ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Putin mənə zəng edib və bu nəticəyə nail olduğuma inanmadığını dedi”, - ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda Donald Trampla görüşündən sonra iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh və qarşılıqlı münasibətlərə dair razılaşdırılmış mətnin paraflanması barədə birgə bəyanat qəbul edilmişdi.

Избранный
31
teleqraf.com

1Источники