İsrailin Suriyanın cənubunda “təhlükəsizlik zolağı” yaratmaq cəhdləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bütün Yaxın Şərq regionu üçün təhlükə yaradır.
APA "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib.
Onun sözlərinə görə, Rusiya Suriyada davam edən terror təhdidləri ilə bağlı Dəməşqin narahatlığını bölüşür:
“Suriyanın dövlətçiliyini sarsıdan və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan şəxslərin və qrupların zərərsizləşdirilməsi istiqamətində Suriya hökumətinin səylərini dəstəkləyirik”, - deyə Nebenzya vurğulayıb.