RU

“ABŞ Zelenskiyə açıq şəkildə bildirdi ki, Ukrayna ərazisini qurban verməlidir” − “Reuters”


ABŞ rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq şəkildə bildiriblər ki, Kiyev Rusiya ilə müharibəni dayandırmaq üçün Vaşinqtonun hazırladığı planı qəbul etməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, münaqişəyə son qoymaq üçün çərçivə sazişi Ukraynadan müəyyən ərazilərdən və müəyyən silahlardan imtina etməyi tələb edir. Agentliyin mənbələri bildirirlər ki, ABŞ-nin təkliflərinə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması da daxildir. Bunlar Rusiya hakimiyyətinin dəfələrlə müharibənin dayandırılması üçün şərtlər kimi göstərdiyi tələblərdir.
Mənbələr bildiriblər ki, Vaşinqton Kiyevdən hazırlanmış planın əsas bəndlərini qəbul etməsini istəyir.
“Financial Times”ın jurnalisti Kristofer Miller həmçinin yeni sülh planının mahiyyətindən danışıb. Bu plana aşağıdakı şərtlər daxildir:
- Ukrayna ordusunu yarıya qədər azaldır,
- Kiyev Donbası tərk edir,
- Ukrayna müəyyən silahlardan imtina edir. Millerin sözlərinə görə, Zelenski razılaşmanın bu variantından narazıdır:
“Plan Ukraynanın kapitulyasiyası demək olardı və mənim tanıdığım insanların fikrincə, bu plan yalnız Kremlin maksimalist tələblərini ehtiva edir”.
Xatırladaq ki, dünən bir sıra Qərb nəşrləri Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı müzakirələrin bərpa olunduğunu yazıb. Ukrayna Prezidenti Volodimir Zelenski həmçinin noyabrın 18-də bildirib ki, Kiyev müharibənin dayandırılması ilə bağlı danışıqları intensivləşdirməyə hazırlaşır.
Избранный
16
18
yeniavaz.com

10Источники