ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Hər il dövlət büdcəsindən müxtəlif həssas sosial qruplara müəyyən məbləğdə vəsait ayrılır. Bu dəstəyin bir hissəsi də təhsil sahəsinə yönəldilir". Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.O, bildirib ki, ali təhsil alan və müxtəlif sosial kateqoriyalara aid olan tələbələrə dövlət tərəfindən xüsusi güzəştlər təqdim olunur:"Bu kateqoriyalar əsasən dörd qrupu əhatə edir: müharibə veteranları, şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər və valideyn himayəsindən məhrum olan tələbələr. Dəstəyin əsas hissəsi ali məktəblərə ödənişli əsaslarla qəbul olunan həmin tələbələrin illik təhsil haqqının dövlət tərəfindən qarşılanmasına sərf edilir. Bununla da bu qrupların təhsilə əlçatanlığı təmin olunur, onların gələcəkdə daha geniş iş imkanlarına çıxışı artırılır və cəmiyyətə inteqrasiyası dəstəklənmiş olur".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.