RU

Xarici vətəndaşlar SİMA İmza dan istifadə edə biləcəklər

Banco.az saytına istinadən ain.az xəbər verir.

"Xarici vətəndaşların SİMA İmza xidmətlərindən yararlana biləcəklər".

Banco.az xəbər verir ki, bunu “AzInTelecom”un Məhsul və Xidmətlər Şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli IX Bankçılıq Forumunda çıxışı zamanı deyib.

O deyib ki, xarici ölkə vətəndaşları - Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları xidmət istifadəyə veriləndən sonra Azərbaycana gəlmədən, sadəcə SİMA tətbiqini yükləyərək öz pasportu və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib xidmətləri əldə edə biləcəklər. 

"Məhsul hazırda test mərhələsindədir. Sınaqlar uğurla tamamlandıqdan sonra xidmət tam şəkildə istifadəyə veriləcək", - T. Məşhədihəsənli qeyd edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
8
banco.az

9Источники