RU

Sertifikasiyadan uğurla keçən müəllimlərin maaşlarına əlavələr üçün 212 milyon manat ayrılıb – Fariz İsmayılzadə

Bakı. Trend:

Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə vəqarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb. Növbəti il üçüntəhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ciillə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədəisə 625 milyon manat artıqdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədrmüavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, 2022-2026-cı illəri əhatə edənsosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütünpillələrində keyfiyyətin artırılması əsas prioritetlərsırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrəvəsaitlərin artırılması nəzərdə tutulur.

Deputat onu da vurğulayıb ki, sertifikatlaşdırmadan uğurla keçənmüəllimlərin maaşlara əlavələr ödənilməsi məqsədilə 212 milyonmanat ayrılıb:

“Xaricdə təhsil” dövlət təqaüd proqramları və ikili diplomlayihələrinin də maliyyələşdirilməsi və müddəti artırılıb. Bu,gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədidaşıyır”.

F.İsmayılzadə əlavə edib ki, 2026-cı il dövlət büdcəsilayihəsində elm xərcləri üçün 228 milyon manat vəsaitproqnozlaşdırılır. Bu da 2022-ci il ilə müqaisədə 61 mln manat vəya 36 faiz artım deməkdir.

Избранный
14
az.trend.az

1Источники