RU

Bərdə boyda ölkə Dünya Çempionatında-onları yaxından tanıyaq  

Dünya Çempionatı-2026-nın seçmə mərhələsinin qrup oyunları başa çatdı. Əvvəlki qrup mərhələlərində olduğu kimi, bu dəfə də sürprizlərin şahidi olduq. Amma beləsi olmamışdı...

Heç şübhəsiz ki, ən çox diqqətləri çəkən Kurasao millisi oldu. Bu cırtdan ölkənin əhalisi 160 min civarındadır (təxminən Quba şəhərinin əhalisi qədərdir). Ərazisi isə, 444 km²-dir (təxminən Bərdənin ərazisi boyda demək olar).

Bu qədər kiçik ölkə olmasına baxmayaraq, Kurasao tarixlərində ilk dəfə olaraq, ən mötəbər turnirin finallarına vəsiqəni əldə etməyi bacardılar. Dünya Çempionatının finallarına əhalisinin sayına görə gedən ən kiçik dövlət olaraq, tarixə keçdilər. İndiyə qədər bu ünvanın sahibi İslandiya idi, bu dövlətin əhalisi isə, 400 minə yaxındır.

Kurasao millisinin baş məşqçisi niderlandlı Dik Advokatdır. O, bir zamanlar Türkiyənin “Fənərbaxça”, eləcə də,  “Feyenoord”, “Sanderlend” kimi klublara, həmçinin Belçika, Rusiya və Niderland millilərə də rəhbərlik edib.

İndi isə dünya futbolunun rəğbətini qazanan bu “cırtdan” ölkə ilə yaxından tanış olaq:

Kurasao Niderland Krallığını təşkil edən 4 ölkədən biridir.

Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir. Xalqın əksəriyyəti Afrika mənşəlidir.Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya,  Venesuela mənşəlilərdən ibarətdir. Yerli dili papyamento dili olmasına baxmayaraq, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili olub. Həmin il papyamento dili də ikinci rəsmi dil kimi qəbul olunub. 2001-ci ilin statistik göstəricilərinə görə, Kurasao əhalisinin 81 %-i evdə papyamento dilində danışarkən, 8 %-i Niderland dili, 6 %-i ispan, 3 %-i ingilis və 2 %-i də digər dillərdə danışır. 2001-ci ilin statistik göstəricilərinə görə, Kurasao əhalisinin 80,1 %-i katolik, 4,6 %-i dinsiz, 3,6 %-i protestant, qalan hissəsi də digər dinlərin təəssübkeşləri idi.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
32
musavat.com

1Источники