RU

Titanik in Cek inin məktubu hərraca çıxarıldı FOTOLAR

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Titanik”in sərnişini və Roza adlı qadına aşiq olmuş real “Cek Douson”un məktubu hərraca çıxarılıb. Lotun başlanğıc qiyməti 66 min dollardır.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

“Cek Douson”un prototipi 21 yaşlı Ernest Tomlin gəminin üçüncü sinif sərnişini olub.

Bildirilir ki, Tomlin “Adriatik” gəmisinə bilet alıbmış, lakin onu “Titanik”ə köçürdüblər. O, dinşünaslıq sahəsində dərəcə almaq üçün ABŞ-yə qayıtmaq məqsədilə Sauthemptonda gəmiyə minib.

Gənc oğlan aprelin 10-da saat 15:00-da valideynlərinə beşsəhifəlik məktub göndərib. Məktubda o, Rozanı geri qaytara bilmədiyi üçün 24 saat ağladığını, habelə doğmalarından ayrıldığına görə təəssüfləndiyini yazıb. Tomlin aprelin 15-də yüzlərlə digər sərnişinlə birlikdə “Titanik” qəzasında həlak olub.

“Müəyyən mənada Ernest həqiqətən Leonardo Di Kaprionun canlandırdığı “Cek Douson” obrazına bənzəyir: o, üçüncü sinif sərnişini olub, gəmidə qumar oynayıb və görünür, Roza adlı qadına aşiq olub”, – deyə hərrac əməkdaşı Endru Oldric məsələyə münasibət bildirib.

Qəzadan sonra Tomlinin cəsədi tapılıb. Onun yanında şəxsi gündəliyi olub. Gündəlikdə sonuncu qeyd 10 aprel tarixinə aiddir və cəmi bir sözdən ibarətdir – “Titanik”.

Tomlinin qohumları onun əşyalarını qoruyub saxlayıblar və ilk dəfə hərraca çıxarıblar.

Hərrac noyabrın 22-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
globalinfo.az

1Источники