RU

Peskov: Polşa Rusiya ilə diplomatik münasibətləri sıfıra endirməyə çalışır

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Polşa Rusiya ilə diplomatik münasibətləri sıfıra endirməyə çalışır".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu məsələ ilə bağlı yalnız təəssüfünü ifadə edə bilər.

"Polşa ilə münasibətlər tamamilə deqradasiyaya uğurayıb. Polşa rəhbərliyi hər bir problemi Rusiya ilə əlaqələndirməyə çalışır, lakin bütün bu ittihamlar əsassızdır", - Kreml rəsmisi Polşanın dəmiryolu sabotajı ilə bağlı Moskvanı ittiham etməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunun Qdanskda bağlanması qərarına gəldiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
3
apa.az

10Источники