RU

AMB sədri: Bu il Milli Ödəniş Sistemləri ilə əməliyyatların həcmi 663 mlrd. manatı ötüb

Milli Ödəniş Sisteminin əsas komponentləri vasitəsilə cari ilin 10 ayı ərzində həyata keçirilən ödənişlərin həcmi 663.7 mlrd. manat ödənişlərin sayı isə 123 mln. ədəd olub.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 46.7%, həcmi isə 32.7% artıb. Ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 2024-cü ilin 10 ayı ilə müqayisədə 3.8 faiz bəndi artaraq 67.5%-ə bərabər olub.

Избранный
115
apa.az

1Источники