RU

Tbilisidə icazəsiz taksi sürücüləri cərimələrdən azad olunacaq- ÖZƏL

Tbilisi şəhərində icazəsiz və ya icazə şərtlərini pozaraq taksi xidməti göstərən sürücülər cərimə və əlavə sanksiyalardan azad ediləcəklər. Bununla yanaşı, taksi sürücüləri icazə haqqı borclarından da azad olunacaq. Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" fraksiyasından deputatlar tərəfindən parlamentə təqdim olunan qanun layihəsinə əsasən, bu addım sosial-iqtisadi və inzibati-hüquqi baxımdan məqsədəuyğun hesab edilir. Layihədə göstərilir ki, 2025-ci ilin oktyabr ayının statistik məlumatlarına görə, Tbilisi bələdiyyəsinin tətbiq etdiyi sanksiyalar böyük həcmdədir:
1354-cü maddənin birinci hissəsinə əsasən:
Ödənilməmiş cərimələr: 6 832 iş, 656 542 larisi təşkil edir, ödənilməmiş cərimə + əlavə sanksiyalar: 15 400 iş, 4 865 000 larisi, icraya verilmiş, hələ icra olunmamış işlər: 3 394 iş, 1 115 942 larisi, apelyasiya olunan işlər: 814 iş, 178 840 larisi.
1354-cü maddənin ikinci hissəsinə əsasən:, ödənilməmiş cərimələr: 787 iş, 157 400 larisi, ödənilməmiş cərimə + əlavə sanksiyalar: 417 iş, 250 200 larisi, icraya verilmiş, hələ icra olunmamış işlər: 834 iş, 500 400 larisi, apelyasiya olunan işlər: 722 iş, 218 600 larisi.
Ümumilikdə, bu rəqəmlər göstərir ki, minlərlə inzibati iş üzrə cərimələrin ümumi məbləği 8 milyon larisi təşkil edir. Qanun layihəsinin izahında vurğulanır ki, bir dəfəlik hüquqi güzəşt həm sosial-iqtisadi, həm də inzibati-hüquqi baxımdan məqsədəuyğundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
1
olaylar.az

2Источники