RU

Azərbaycanla əməkdaşlıq açıq bankçılıqda yeni imkanlar açır - Gürcüstan Banklar Assosiasiyası (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanla əməkdaşlıq uzunmüddətli dostluq və açıq bankçılıqistiqamətində imkanlar yaradır.

Bunu Trend-ə bugün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsindəGürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq layihəsininCEO-su Mixeil Kapanadze müsahibəsində deyib.

O, Gürcüstan və Azərbaycan bank sektoru arasında əməkdaşlıqperspektivlərindən danışıb: "Biz Azərbaycan Banklar Assosiasiyasıilə çox fəal əməkdaşlıq edirik. Bu, yalnız əməkdaşlıq deyil,uzunmüddətli dostluq əlaqəsidir. Onların bütün təşəbbüslərindədəstək oluruq və bu dəstəyi gələcəkdə də davam etdirəcəyik. Bizaçığıq və onların təkliflərini dinləməyə hər zaman hazırıq.

Bu sahədə əməkdaşlıq yalnız mümkün deyil, həm də arzuolunandır.Yanaşmalar və məlumatlar tərəflər arasında paylaşılır, məsələn,müəyyən problemlərin necə həll olunduğu barədə təcrübə mübadiləsiaparılır. Bu, çox vacibdir və biz bunu davam etdirəcəyik".

O, iki ölkə arasında yeni investisiya layihələri və maliyyəbazarında imkanlar haqqında isə bunları qeyd edib: "Gürcüstanda daAzərbaycanla eyni prinsiplərlə əməkdaşlıq edirik. Bu ölkədəfəaliyyət göstərən banklar Gürcüstan Banklar Assosiasiyasınınüzvləridir və onlar digər banklarla eyni imkanlara malikdirlər.Yəni, bütün investisiyalar qarşılanır və əlbəttə, bu sahədə yeniimkanların yaranması üçün fürsətlər açıqdır".

M. Kapanadze bank sektorunda yeni texnoloji həllərin qarşılıqlıəməkdaşlıq imkanları ilə bağlı bildirib ki, Gürcüstam BanklarAssosiasiyası ümumilikdə açıq infrastruktur istiqamətində hərəkətedirik: "Bu, onilliklər ərzində bağlı olan bəzi sistemlərin artıqaçıq olacağı deməkdir. Açıq bankçılıq bu prosesin ilk addımıdır.Ənənəvi olaraq bağlı olan bu ekosistemin bir hissəsi artıq açılır.Gələcəkdə, bu açılışın hansı sürətlə və hansı həcmdə baş verəcəyinigörəcəyik.

İstehlakçı perspektivindən isə məqsəd odur ki, bir çox məlumatvə xidmətləri eyni yerdə, rahat formada əldə etmək mümkün olsun.Eyni zamanda şəxsi məlumatların qorunmasına diqqət edilməli vədüzgün balans tapılmalıdır".

Məqalədə:
Избранный
97
1
az.trend.az

2Источники