RU

Binəqədidə yataqxanada baş verən yanğın söndürülüb, 9 nəfər sakin təxliyə edilib

Bakı, 19 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18 kvadratmetr olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə olunub.

Xilasedicilər hadisə zamanı 9 nəfər bina sakinini təxliyə ediblər.

Избранный
33
22
azertag.az

10Источники