"Globe Soccer" - ilin ən yaxşı məşqçisi mükafatına namizədlər məlum olub.
QOL.az xəbər verir ki, siyahıda doqquz mütəxəssis var.
Namizədlər aşağıdakılardır:
Xabi Alonso ("Real"), Mikel Arteta ("Arsenal"), Antonio Konte ("Napoli"), Luis Enrike (PSJ), Hans-Diter Flik ("Barselona"), Eddi Hau ("Nyukasl"), Vinsent Kompani ("Bavariya"), Enzo Mareska ("Çelsi"), Roberto Martinez (Portuqaliya millisi).
Qeyd edək ki, sayca 16-cı "Globe Soccer" mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək. Ötən il ən yaxşı məşqçisi həmin vaxt “Real”a rəhbərlik edən Karlo Ançelotti olub.