RU

Valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə azalaraq 28,5 %-ə enib – Taleh Kazımov

Bakı. Trend:

2025-ci ilin sonundan etibarən valyuta bazarında sabitlik davamedəcək və ilin sonuna yaxın məzənnənin iqtisadi əsaslarla təxminən6 faiz ətrafında formalaşacağı gözlənilir.

Trend xəbərverir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisinbugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.

O qeyd edib ki, 2025-ci ilin ötən dövründə neft və qeyri-neftseqmentləri üzrə valyuta bazarına təsir edən tendensiyalarbalanslaşdırılıb ki, bu da məzənnə sabitliyini və qiymətsabitliyinə dəstəyi təmin edib.

Taleh Kazımov bildirib ki, cari əməliyyatlar hesabınınprofisitli qalması, iqtisadi gözləntilərin effektiv idarə edilməsivalyuta bazarında tarazlığı gücləndirən əsas amillərdir. Onunsözlərinə görə, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindənhəyata keçirilən ötürmə mexanizminin gücləndirilməsi ilə bağlıislahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəbolub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşmabir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5faizə enib və bu, tarixdə ən aşağı göstəricidir. Bu dinamika həmgözləntilərin sabit olduğunu, həm də manata inamın artdığınıgöstərir.

Mərkəzi Bankın sədri əlavə edib ki, ilk dəfə olaraq banklararasılikvidlik göstəricisi indeksi faiz dərəcələri baxımından MərkəziBankın faiz dəhlizinə yaxınlaşmağa başlayıb. Avropa Yenidənqurma vəİnkişaf Bankının milli valyutada indeksinə bağlı istiqrazburaxılışına başlaması və artıq 50 milyon manatlıq istiqrazın açıqtəklif yolu ilə yerləşdirilməsi bu indeksin etibarlı istinaddərəcəsi olduğunu təsdiqləyir.

Taleh Kazımov bank sektorunun vəziyyətinə də toxunaraq bildiribki, sektor 2023–2025-ci illərdə sabit fəaliyyət göstərib. Cari ildəbank kapitallarının adekvatlıq səviyyəsi 11,7 faiz, likvidlik isə160 faiz olub. Kapital rentabelliyi 18,5 faiz təşkil edir. Bugöstəricilər bank sektorunun risklərə davamlı olduğunu və realsektora maliyyə dəstəyini gücləndirdiyini göstərir.

10 ayın nəticələrinə görə bank sektorunun kredit portfeli 4milyard manata qədər artaraq 1,9 faiz genişlənib. Kreditportfelində biznes kreditlərinin payı 50 faizdən çox olub. Banksektorunun kreditləşdirmə potensialı 20,8 milyard manat təşkil edirki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarınıngeniş olduğunu təsdiqləyir.

Əhalinin əmanətlərində də müsbət dinamika müşahidə olunur.Sektor üzrə depozitlər 6 faiz artaraq 49,2 milyard manata çatıb.Depozitlərin 73,3 faizi əmanətlərdən ibarətdir ki, bunun da 15,5milyard manatı əhalinin əmanətləridir. Əhalinin xarici valyutadaəmanətləri 8,7 faiz, müddətli əmanətləri isə 15,6 faiz artıb. Son 3ildə müddətli əmanətlər orta hesabla 20 faiz artım nümayişetdirib.

Избранный
69
2
az.trend.az

3Источники