RU

Almaniya: Aİ müdafiə hazırlığını genişləndirməlidir

Almaniya: Aİ müdafiə hazırlığını genişləndirməlidir

Almaniya müdafiə naziri Boris Pistorius avropalı müttəfiqlərə müdafiə hazırlıqlarını sürətlə artırmaq çağırışı edərək, “Avropa İttifaqı daxilində müdafiə hazırlığımızı daha da genişləndirməliyik” deyib.

Pistorius Berlin Təhlükəsizlik Konfransında etdiyi çıxışda Rusiyanın artan təhdidlərinə toxunub.

Nazir “Moskva kiber hücumlar, casusluq, diversiya və dezinformasiya yolu ilə hamımıza qarşı hibrid hücumlar həyata keçirir” deyə bildirib.

Avropanın daha çox şey etməli olduğu bir dövr yaşadığını vurğulayan Pistorius “Təkcə özü üçün deyil, həm də transatlantik balans üçün. NATO transatlantik olaraq qala bilmək üçün daha Avropalaşmalıdır. Bu, əlbəttə ki, ABŞ-ın müdafiə mövqeyi tutması demək deyil. Daha çox ittifaqımızın bütövlükdə daha güclü ola bilməsi üçün öz bacarıqlarımıza güvənməyimiz və onlara yatırım etməyimiz anlamına gəlir. Avropa İttifaqı daxilində müdafiə hazırlığımızı daha da genişləndirməliyik” ifadələrini işlədib.

Pistorius Baltik dənizinin getdikcə bir qarşıdurma məkanına çevrildiyinə diqqət çəkərək, “Bura Putinin bizim çəkindirmə və müdaxilə qabiliyyətlərimizi yoxladığı bir sahədir” deyib.

Alman müdafiə naziri zədələnmiş sualtı kabelləri, hava məkanının pozulmasını və pilotsuz uçuş aparatlarının uçuşlarını nümunə göstərərək “Artıq burada təsadüflərdən danışa bilmərik. Bu, bir strategiyadır. Bunlar öncü əlamətlərdir” deyə qeyd edib.

Avropanın bir neçə il əvvəl heç kimin təsəvvür belə etmədiyi bir müharibənin kölgəsində olduğunu bildirən Pistorius “Rusiya təxminən 1500 gündür Ukraynaya qarşı beynəlxalq hüquqa zidd, qəddar bir hücum müharibəsi, Ukrayna isə yaşamaq üçün mübarizə aparır. Ancaq eyni zamanda Avropa, bizim təhlükəsizliyimiz üçün də mübarizə aparır” deyib.

Избранный
29
afn.az

1Источники