RU

Xarici vətəndaşlar SİMA İmzadan istifadə edə biləcək

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

“Xarici vətəndaşların SİMA imza əldə etməsi üçün artıq texniki hazırlıq işlərinə start verilib”.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı “AzInTelecom”un Məhsul və Xidmətlər Şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli bildirib.

O deyib ki, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları xidmət istifadəyə veriləndən sonra Azərbaycana gəlmədən, sadəcə SİMA tətbiqini yükləyərək öz pasportu və ya milli şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. O bildirib ki, məhsul hazırda test mərhələsindədir və sınaqlar uğurla tamamlandıqdan sonra xidmət tam funksional şəkildə istifadəyə təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
8
bakivaxti.az

9Источники