RU

Qırğızıstanlı reper Rusiyaya buraxılmadı

BAKI, 19 noyabr. TELEQRAF

Qırğızıstanlı reper Bakrın Şeremetyevo hava limanında Rusiyaya buraxılmasına icazə verilməyib.

Teleqraf xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.

Musiqiçinin sözlərinə görə, təxminən üç saat hava limanında saxlanılıb. Daha sonra sənədləri geri qaytarılıb və ona ölkəyə giriş qadağası ilə bağlı bildiriş verilib. Rusiya Sərhəd Xidmətinin rəsmiləri bu qərarın səbəblərini açıqlamayıblar.

Qırğızıstan KİV bildirib ki, Rusiya hökuməti bundan əvvəl Bakrı (İslam Zakirov) “terrorçu və ekstremistlər siyahısı”na daxil edib. Ölkəyə giriş qadağasının bununla bağlı olub-olmaması rəsmi olaraq açıqlanmayıb.

Sənətçinin Moskva, Kazan, Sankt-Peterburq və Ufada konsertləri planlaşdırılmışdı. Bakr baş verənlərə bağlı aydınlıq gətirmək niyyətində olduğunu bildirib.

Избранный
23
teleqraf.com

1Источники