RU

Tramp Venesuelaya təzyiq üçün yeni gizli əməliyyat planını təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuelada həyata keçirilməsi nəzərdə tutulan və gələcək hərbi əməliyyatlara hazırlıq kimi qiymətləndirilə biləcək gizli əməliyyatlar planını təsdiqləyib. Editor.az xəbər verir ki, məlumatı “The New York Times” yayıb.

Məlumata görə, planlaşdırılan gizli əməliyyatların miqyası, hədəfləri və başlama vaxtı barədə dəqiq informasiya açıqlanmır. Tramp hələ Venesuelaya qoşun yeritmək barədə göstəriş verməsə də, qəzet yazır ki, Nümayəndəlik hökumətinə qarşı təzyiq kampaniyasının növbəti mərhələsi təxribat xarakterli addımları, kiber əməliyyatları, psixoloji və informasiya müharibəsini əhatə edə bilər.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton da CNN-ə açıqlamasında Tramp administrasiyasının Venesuelaya qarşı mümkün hərbi əməliyyat ssenarilərini qiymətləndirdiyini bildirib.

Bundan əvvəl Pentaqon noyabrın 14-də Qərb yarımkürəsində “Southern Lance” (“Cənub Lans”) adlı əməliyyata başladığını elan edib. Prezident Tramp isə bunun fonunda Venesuelaya qarşı növbəti addımla bağlı “artıq qərar verdiyini” bəyan etsə də, qərarın mahiyyətini açıqlamayıb.

Venesuela prezidenti Nikolas Maduro isə cavab olaraq ABŞ vətəndaşlarını Karib hövzəsində mümkün müharibənin qarşısını almaq üçün səylər göstərməyə çağırıb.

Tramp daha sonra Venesuelaya qarşı quru əməliyyatı ehtimalını istisna etmədiyini də bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
23
editor.az

1Источники