Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün dörd müxtəlif idman növündə çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, günün ən önəmli qarşılaşmalarından biri 3x3 basketbol üzrə olacaq. Yığmamız yarımfinal mərhələsində Misir millisi ilə qarşılaşaraq finala yüksəlmək üçün mübarizə aparacaq.
Atletika yarışlarında Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda start xəttinə çıxacaq. Bundan əlavə, Azərbaycan estafet komandası 4x100 metr yarışında gücünü sınayacaq.
Qılıncoynadanlar – Maqsud Hüseynli və Saleh Məmmədov – bu gün sablya növündə yaxşı nəticə qazanmağa çalışacaqlar.
Güləş yarışlarında da yığmamız geniş heyətlə təmsil olunacaq. Yunan-Roma güləşində Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq), qadınlar arasında isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq) və Jalə Əliyeva (57 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada yarışları noyabrın 21-də yekunlaşacaq. Azərbaycan hazırda 46 medalla (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu yerdə qərarlaşıb.
Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında
Şimanski 3 həftə meydandan uzaq qalacaq
Osimhen İstanbulda müayinə olunacaq
"Beşiktaş"da Rafa Silva böhranı davam edir
Oskarın son durumu bəlli olub